az en
News / DÇ-2022-nin seçmə mərhələsinin təqvimi açıqlanıb

DÇ-2022-nin seçmə mərhələsinin təqvimi açıqlanıb

UEFA Dərc olundu: 24.09.2020 Çap
Bu gün Macarıstanın paytaxtı Budapeştdə UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
 
DÇ-2022-nin seçmə mərhələsinin təqvimi açıqlanıb
İclasda 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının tarixi ilə bağlı qərar qəbul edilib. 2021-ci ilin martında start veriləcək seçmə mərhələnin oyunlarına noyabrda yekun vurulacaq. Pley-off mərhələsinin oyunları isə 2022-ci ilin martında gerçəkləşəcək. Xatırladaq ki, yeni təqvimə əsasən komandalar mart, avqust və sentyabr pəncərəsində 3, oktyabr və noyabrda isə 2 oyun keçirəcəklər. Həmçinin pley-off oyunları üçün də 2 tarix nəzərdə tutulub.
 
Təqvim aşağıdakı kimidir:
I tur – 24-25 mart
II tur – 27-28 mart
III tur – 30-31 mart
31 may - 8 iyun 2021 – AVRO-2020-yə hazırlıq oyunları
IV tur – 1-2 sentyabr
V tur – 4-5 sentyabr
VI tur – 7-8 sentyabr
6-10 oktyabr Millərlər Liqasının final mərhələsi
VII tur – 8-9 oktyabr
VIII tur – 11-12 oktyabr
IX tur – 11-13 noyabr
X tur – 14-16 noyabr
21-29 mart 2022 – DÇ-nin Avropa zonası üçün pley-off oyunları - 2 oyun günü
 
Baş Sponsor 
Partnyorlar