az en
News / Daun sindromlu uşaqlar üçün yeni il şənliyi keçirilib (fotoreportaj)

Daun sindromlu uşaqlar üçün yeni il şənliyi keçirilib (fotoreportaj)

AFFA Dərc olundu: 24.12.2021 Çap
AFFA-nın təşkilatçılığı və assosiasiyanın tərəfdaşları “PAŞA Sığorta”, “Marriott Hotel Boulevard”, “Aquavita”nın dəstəyi ilə Bakı Olimpiya Stadionunda (BOS) daun sindromlu uşaqlar üçün yeni il şənliyi keçirilib.
Daun sindromlu uşaqlar üçün yeni il şənliyi keçirilib (fotoreportaj)
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən dəvət olunmuş uşaqları stadiona Azərbaycan milli komandasının avtobusu gətirib. Onları BOS-da AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, veteran futbolçu Cavid Hüseynov, “Zirə” klubunun üzvü Ruslan Abışov, “Sumqayıt” FK-nın qapıçısı Aydın Bayramov və qadınlardan ibarət Azərbaycan U-17 millisinin məşqçisi Kader Alimova qarşılayıb, qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbriklərini çatdırıblar. Daha sonra uşaqlar stadionun paltardəyişmə otağına dəvət olunub və məlumat verilib ki, milli komanda oyunlar zamanı məhz həmin otaqdan istifadə edir. Paltardəyişmə otağında uşaqlara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub. Futbolkalar fərdi olaraq hazırlanıb və hər birinin üzərində geyimin təqdim olunduğu uşağın adı yazılıb. Tədbirin sonunda uşaqlar yolkanın ətrafına dəvət olunub, burada təşkil olunmuş əyləncəli proqramda iştirak edib və onlara AFFA və tərəfdaşları tərəfindən hədiyyələr təqdim olunub.
 
Baş Sponsor 
Partnyorlar