az en
News / Daun sindromlu uşaqlara bayram təbriki (fotoreportaj)

Daun sindromlu uşaqlara bayram təbriki (fotoreportaj)

AFFA Dərc olundu: 20.12.2019 Çap
AFFA-nın tərəfdaşları Procter & Gamble, Boulevard Hotel, PAŞA Sığorta və Aquavita-nın dəstəyi ilə Bakı Olimpiya Stadionunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən, Nizami rayonunda yerləşən 1 saylı uşaq evindən və “Ümid Yeri” uşaq sığınacağından dəvət olunmuş 110 uşaqla görüş keçirilib.
 
Daun sindromlu uşaqlara bayram təbriki (fotoreportaj)
AFFA tərəfindən ayrılmış avtobusla stadiona gələn uşaqları arenada AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və müxtəlif yığmalarımızın üzvləri qarşılayıblar. S.Hacıyev qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bağlı təbrikini çatdırdıqdan sonra uşaqlar millilərimizin üzvləri ilə meydana çıxıblar. Bakı Olimpiya Stadionunun əsas meydanında topla oynadıqdan sonra onlar üçün təşkil olunmuş əyləncəli proqrama qatılan iştirakçılara AFFA-nın, eləcə də tərəfdaş şirkətlərin - Procter & Gamble və Aquavita-nın hədiyyələri təqdim edilib. 
 
Baş Sponsor 
Partnyorlar