AFFA-nın təşkilatçılığı ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində 21 Mart – Ümumdünya Daun Sindromlu İnsanlar Günü, eləcə də qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir keçirilib.
Mərkəzdə reabilitasiya keçən 12 uşağın qatıldığı tədbirdə iştirakçılar futbol oynayıb, maraqlı vaxt keçiriblər. Tədbirin sonunda iştirakçılara AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələri iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Məşqçilər Komitəsinin üzvləri Əsgər Abdullayev və Yaşar Vahabzadə birlikdə təqdim edib.