Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” klubu bu gün hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxacaq. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi “Kodeljevo Sport Ljubljana” stadionunda Sloveniyanın “Olimpiya” komandasına qarşı keçiriləcək qarşılaşmanı izləyəcək.