az en
News / Diana Məmmədova millinin toplanışında iştirak etməyəcək

Diana Məmmədova millinin toplanışında iştirak etməyəcək

A milli (Qadınlar) Dərc olundu: 20.10.2020 Çap
Qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Diana Məmmədova millinin toplanışında iştirak edə bilməyəcək.
 
Diana Məmmədova millinin toplanışında iştirak etməyəcək
Rusiyanın “Yenisey” klubunda çıxış edən futbolçu sonradan milli komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində COVİD-19 testi verən futbolçunun testi neqativ çıxsa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib. Rusiya Federasiyasının səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən D.Məmmədova millinin düşərgəsinə qoşulmayıb.
Xatırladaq ki, qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində, oktyabrın 23-də Polşa, 27-də isə Çexiya yığması ilə qarşılaşacaq.
 
Baş Sponsor 
Partnyorlar