az en
News / Dövlət başçısına milli komandanın xatirə hədiyyəsi təqdim olunub

Dövlət başçısına milli komandanın xatirə hədiyyəsi təqdim olunub

Avro-2020 Dərc olundu: 27.02.2020 Çap
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Böyük Britaniyanın Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Baronessa Emma Nikolson bu il futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunlarında iştirak edəcək Uels milli komandası tərəfindən göndərilən xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı maraqlı hədiyyəyə görə qonağa təşəkkürünü bildirib.
 
Dövlət başçısına milli komandanın xatirə hədiyyəsi təqdim olunub
Baş Sponsor 
Partnyorlar