az en
News / “e-Milli” komandanın üzvləri bəlli olub

“e-Milli” komandanın üzvləri bəlli olub

AFFA Dərc olundu: 01.03.2021 Çap
“e-Milli” komandanın heyətini formalaşdırmaq üçün ölkəmizin ən yaxşı konsol oyunçularının iştirakı ilə ildə bir dəfə heyətə seçimlər təşkil olunur. Bu ilki seçimlərə E-Milli Liqanın 2020-ci il mövsümündə ən yaxşı nəticə göstərmiş 16 oyunçu dəvət olunub. Gərgin keçən mübarizədə Taleh Məhərrəmov, Nurlan Ayazlı, Firuz Buksayev, Ramil Nəbiyev 1/2 final mərhələsinə vəsiqə qazanmaqla Azərbaycanı “e-AVRO 2021”-də təmsil edəcək “e-Milli” komandanın yeni heyətini təşkil ediblər. Final oyununda Taleh Məhərrəmov Nurlan Ayazlıya qalib gəlib. 
“e-Milli” komandanın üzvləri bəlli olub
Qeyd edək ki, “e-AVRO 2021”-in seçmə mərhələsi 15-29 mart və 12-26 aprel tarixlərində keçiriləcək. Seçmə mərhələdə 10 qrup qalibi komanda birbaşa qrup mərhələsinə vəsiqə qazanacaq. İkinci yerdə qərarlaşmış komandalar isə yenidən iki qrupa bölünəcək və hər qrupda ilk 3 yeri tutan komanda qrup mərhələsinə vəsiqə qazanacaq. “e-Milli” komandamız seçmə mərhələdə Fransa, Danimarka, Albaniya, Norveç və Uelslə birgə "İ" qrupunda mübarizə aparacaq.
May-iyun aylarında keçiriləcək qrup mərhələsində 16 “e-Milli” komanda 4 qrupda mübarizəni davam etdirəcək. İkinci dəfə təşkil olunan “e-AVRO 2021”-in final mərhələsi 9-10 iyul tarixlərində keçiriləcək.
Çempionata hazırlıq məqsədilə komandamız yoldaşlıq oyunları və turnirlərdə iştirak edir. Türkiyə Futbol Federasiyası tərəfindən təşkil olunmuş turnirdə “e-Milli” komandamız ikinci yeri tutub. Qeyd edək ki, “e-Milli” komandamız 6-7 mart tarixlərində Şərqi Avropa ölkələrinin komandaları arasında təşkil ediləcək turnirdə iştirak edəcək.
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları