az en
News / e-Milli seçimlərinə start verilir

e-Milli seçimlərinə start verilir

AFFA Dərc olundu: 16.01.2020 Çap
İlk e-Avro-da ölkəmizi təmsil etməyə hazırsan? PES 2020-də rəqib tanımırsansa, e-Milli seçimlərdə axtardığımız oyunçu sənsən!
 
e-Milli seçimlərinə start verilir
Oyun bacarığına və təcrübəsinə güvənənlər! Bu, çağırış sizin üçündür!
AFFA və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı  ilə yanvarın 25-də keçiriləcək turnirdə e-Milli yığmamızın üzvü olmaq üçün seçimlərə qatıl! “Nizami E-sports Arena”da (Nizami kinoteatrı) start götürəcək futbol üzrə PES2020 konsol oyununda gücünü sına, rəqiblərini üstələ, Azərbaycanı təmsil etmək şansını sən qazan!
 
e-Milli seçimlərə qeydiyyat yanvarın 22-dək davam edəcək. Yanvarın 25-də isə yarışın püşkatması keçiriləcək. Turnirdə qeydiyyatdan keçən ilk 256 nəfər iştirak hüququ qazanacaq. Turnir PES2020 qaydaları əsasında təşkil olunacaq.
 
Qeyd edək ki, iştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün http://emilli.az/ səhifəsində qaydalar düyməsinə klikləməklə məlumat əldə edə bilərsiniz.
 
e-Milli seçimlərdə ilk 4 yerin sahibi e-Milli yığmanın heyətini təşkil edəcək və qaliblərə AFFA tərəfindən e-Milli yığmanın formaları, eləcə də “PlayStation 4” oyun konsolu təqdim olunacaq. E-Milli komadamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla ilk e-Avro ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa Çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə D qrupunda mübarizə aparacaq. 55 iştirakçı ölkə arasından 16 e-Milli komanda 9-10 iyul tarixlərində final mərhələdə iştirak etmək uğrunda yarışacaq və Londonda baş tutacaq final mərhələsində ilk e-Avro-nun qalibini təyin edəcəklər.
 
Ağıldan iti, əldən cəld, vaxtında qərar verə bilən oyunçusunuzsa, o zaman bu çempionat sizin  üçündür. Öz qaydalarınızla oynayıb, öz oyununuzu göstərmək və kiber oyunçular arasında çempionluğunuzu elan etmək istəyirsinizsə, https://bit.ly/2Tse3Sn linkinə daxil olun və qeydiyyatdan keçin.
Ətraflı məlumatı http://emilli.az/ saytından əldə edə bilərsiniz. 
 
Baş Sponsor 
Partnyorlar