az en
News / E. Məmmədov: “Qərar sabah məlum olacaq”

E. Məmmədov: “Qərar sabah məlum olacaq”

AFFA Dərc olundu: 19.09.2017 Çap
2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərin final oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq.
E. Məmmədov: “Qərar sabah məlum olacaq”
Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov affa.az-a açıqlama verib: “Prosedur qaydalarına uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri hazırlanaraq, UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub.
 
Bu gün isə UEFA-nın Yuksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində İcraiyyə Komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq.  Lakin buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, İcraiyyə Komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları