az en
News / Elçin Məmmədov Qazaxıstanda səfərdə olub

Elçin Məmmədov Qazaxıstanda səfərdə olub

UEFA Dərc olundu: 22.07.2022 Çap
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov 20-21 iyul tarixlərində UEFA-nın Matç Direktoru qismində, Qazaxstanın Kostanay şəhərində səfərdə olub.
 
Elçin Məmmədov Qazaxıstanda səfərdə olub
UEFA tərəfindən ezam olunan E.Məmmədov səfər çərçivəsində ötən mövsüm Qazaxıstan çempionu olmuş “Tobol” klubunun ev oyunlarını keçirdiyi “Tsentralnıy” stadionunun 2022/23-cü illər mövsümünə UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub. Həmçinin, UEFA Avropa Konfrans Liqası yarışları çərçivəsində 21 iyul tarixində stadionda keçirilmiş matç zamanı (Tobol – Lincoln Red İmps) təşkilatı məsələlər və matç günü əməliyyatları ilə tanış olub. Səfər zamanı, həm də, klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.
 
Baş Sponsor 
Partnyorlar