az en
News / Elçin Məmmədov seminarda iştirak edib

Elçin Məmmədov seminarda iştirak edib

UEFA Dərc olundu: 28.06.2022 Çap
27-28 iyun tarixlərində İsveçrənin Sürix şəhərində UEFA-nın klub yarışlarında rəsmi şəxslər qismində çalışan şəxslər üçün seminar təşkil olunub. Seminarda UEFA Matç Direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərən AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov da iştirak edib. Seminar zamanı iştirakçılara mövsümlə bağlı təlimatlar təqdim olunub və qaydalarda baş vermiş dəyişikliklər müzakirə edilib.
 
Elçin Məmmədov seminarda iştirak edib
Baş Sponsor 
Partnyorlar