FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
O, UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək “Klaksvik” (Farer adaları) – “Lill” (Fransa) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimləri türkiyəli Mete Kalkavan və Erkan Engin olacaq.