az en
News / Elxan Məmmədov Fərid Novruzi ilə görüşüb

Elxan Məmmədov Fərid Novruzi ilə görüşüb

AFFA Dərc olundu: 20.12.2021 Çap
Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti, səyyah Fərid Novruzi dünya səyahətini 158 günə tamamlayıb. Səyahət çərçivəsində o, dünyanın 6 qitəsinə (Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika və Avstraliya) səfər etmiş, heç bir hava nəqliyyatından istifadə etmədən 60.000 km məsafə qət etmiş, ekvatoru şimaldan cənuba və cənubdan şimala olmaqla iki dəfə keçmiş, dünyanın iki antoqonist nöqtəsində olmuşdur. Bütün bunları 158 günə tamamlamış Fərid Novruzi daim doğma Azərbaycan bayrağını səyahət etdiyi əksər ölkələrin ən görməli, əhəmiyyətli yerlərində dalğalandırıb.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu münasibətlə Fərid Novruzi ilə görüşüb, səyahətini müvəffəqiyyətlə başa vurması münasibəti ilə onu təbrik edib.
Elxan Məmmədov Fərid Novruzi ilə görüşüb
Baş Sponsor 
Partnyorlar