az en
News / Çexiya (Qadınlar) – Azərbaycan (Qadınlar): Məşqçi fikirləri

Çexiya (Qadınlar) – Azərbaycan (Qadınlar): Məşqçi fikirləri

A milli (Qadınlar) Dərc olundu: 27.10.2020 Çap
Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Xomutov şəhərində keçirilmiş Çexiya – Azərbaycan oyunundan sonra hər iki milli komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Çexiya (Qadınlar) – Azərbaycan (Qadınlar): Məşqçi fikirləri
Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “Təxminən eyni gücdə olan iki rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir. Pandemiya ilə əlaqədar oyunlara bir ay qalmış məşqlərə başlamışıq. Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindir. Çünki rəqib bizə oynamağa imkan vermirdi. Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır. Komandam hər iki oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.
 
Karel Rada (Çexiya milli komandasının baş məşqçisi): “Əlbəttə, bu oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. İlk hissədə daha çox qol vurmaq şansımız oldu. Fasilədən sonra da bir neçə  imkan yaratdıq. Oyun ərzində gərəksiz səhvlər etdik. Daha sakit olmalı və yaratdığımız imkanlardan maksimum istifadə etməli idik”.
 
Baş Sponsor 
Proyekt Partnyorları