az en
News / Eyni rəqiblə ikinci oyun

Eyni rəqiblə ikinci oyun

U-19 Dərc olundu: 24.03.2022 Çap
Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində Nəriman Axundzadə fərqlənib. Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.
 
Eyni rəqiblə ikinci oyun
Baş Sponsor 
Partnyorlar