Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib. Türkiyə millisinə qarşı oyun 4:2 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnib. Millimizin heyətində Elşad Manafov və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah – mayın 5-də keçiriləcək.