az en
News / FİFA referilərinin siyahısında dəyişiklik olub

FİFA referilərinin siyahısında dəyişiklik olub

Hakimlər Dərc olundu: 07.10.2020 Çap
Bu gün Hakimlər Komitəsinin iclasında 2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısında bəzi dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.
 
FİFA referilərinin siyahısında dəyişiklik olub
2013-cü ildən FİFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəz edib. 2010-cu ildən FİFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib. Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FİFA-ya göndəriləcək.
 
FIFA fitness testlərinin nəticəsindən asılı olaraq qadın hakimlər və köməkçi hakimlərin siyahısında hər hansı dəyişiklik olacağı təqdirdə saytımız vasitəsilə əlavə məlumat veriləcək.
 
Baş Sponsor 
Partnyorlar