Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.
H. Qafarlı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək. Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.