az en
News / Futbol Akademiyasında təmirlə bağlı tender

Futbol Akademiyasında təmirlə bağlı tender

AFFA Dərc olundu: 06.01.2021 Çap
AFFA Futbol Akademiyasının binasında təmir işlərinin aparılması ilə bağlı tender elan edir.
Görüləcək işlərlə bağlı məlumatlarla aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:
 
Futbol Akademiyasında təmirlə bağlı tender
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu bağlı zərfdə (tender komissiyasına ünvanlamaqla) AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.
 
Tenderin müddəti: 4 həftə (son tarix: 4 fevral 2021-ci il)
İşlərin bitmə tarixi: Müqavilə bağlandıqdan sonra 2 ay müddətində
Ödəniş şərtləri: 50% işlər başlandıqdan 30 təqvim günü sonra, 50% işlər tam təhvil verildikdən sonra
 
Əlavə suallarla bağlı [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları