az en
News / Futzal turnirinə yekun vurulub (fotoreportaj)

Futzal turnirinə yekun vurulub (fotoreportaj)

AFFA Dərc olundu: 05.05.2022 Çap
AFFA və AzTU-nun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş AzTU-nun fakültələri arasında keçirilən futzal turnirinə yekun vurulub. 
Futzal turnirinə yekun vurulub (fotoreportaj)
Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilən final qarşılaşmasında Energetika və Avtomatika fakültəsinin komandası İTT fakültəsinin komandasını 8:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Qalib komanda AFFA tərəfindən kubokla təltif edilib. Turnirdə ilk üç yeri tutan komandalara müvafiq medallar və diplomlar təqdim olunub, müxtəlif nominasiyalar üzrə fərqlənən oyunçulara mükafatlar verilib. Qalib komandaya kuboku Kütləvi futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və AzTU-nun rektoru Vilayət Vəliyev birlikdə təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar