az en
News / Gəncə şəhər stadionunda daha bir meydan

Gəncə şəhər stadionunda daha bir meydan

İnfrastruktur Dərc olundu: 21.06.2019 Çap
Futbol infrastrukturunun inkişafı məqsədilə AFFA tərəfindən daha bir layihənin icrasına start verilir. 
 
Gəncə şəhər stadionunda daha bir meydan
İyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası başlayacaq. Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək meydan hazır olduqdan sonra “Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.
Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən inşa olunub.
 
Baş Sponsor 
Partnyorlar