az en
News / Gəncədə “Bahar turniri” keçirilib (fotoreportaj)

Gəncədə “Bahar turniri” keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 05.05.2023 Çap
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Gəncədə 12 yaşlı qızlar arasında “Bahar turniri” keçirilib.
Gəncədə “Bahar turniri” keçirilib (fotoreportaj)
Turnirdə 8 komanda iki qrupda mübarizə aparıb. Qrupda ilk iki yerə tutan komandalar pley-off mərhələsində üz-üzə gəlib. Gəncə İdman liseyi turnirin qalibi, II və III yeri isə müvafiq olaraq, 37 nömrəli tam orta məktəb və 7 nömrəli tam orta məktəb tutub. 37 nömrəli tam orta məktəbin şagirdi Aytac Bəşirzadə 17 qolla turnirin ən məhsuldar oyunçusu olub. Gəncə İdman liseyinin şagirdi Səma Bəşirova ən yaxşı oyunçu, 37 nömrəli tam orta məktəbin şagirdi Zeynəb Abuzərli isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova və U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev təqdim edib. 
Qeyd edək ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasının, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. Gəncə şəhər stadionunda baş tutmuş tədbirə ümumilikdə 74 yeni qız futbolçu qeydiyyatdan keçirilib. İştirakçı komandalar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatları ilə təmin olunub.
 
Baş Sponsor 
Partnyorlar