az en
News / Gəncədə idman tədbiri keçirilib (fotolar)

Gəncədə idman tədbiri keçirilib (fotolar)

Kütləvilik Dərc olundu: 30.11.2018 Çap
Noyabrın 29-da Gəncə şəhərindəki “Offside Futbol Kompleksində” “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.
 
Gəncədə idman tədbiri keçirilib (fotolar)
AFFA-nın və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Siyavuş Novruzov, Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-ə yaxın məktəbli iştirak edib.
 
Tədbirdə layihənin rəhbəri Rauf Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış ediblər. N.Bayramov ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edib, uşaqların və yeniyetmələrin rahat şəkildə idmanla məşğul olmaları üçün müasir idman komplekslərinin inşa edildiyini, futbol meydançalarının salındığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Layihənin rəhbəri Rauf Əliyev 12 ildir “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsinin uğurla həyata keçirildiyini və 25 mindən artıq uşaq və yeniyetmələrin cəlb olunduğunu bildirib.
 
Millət vəkili Naqif Həmzəyev Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladaraq “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib.
 
Layihə çərçivəsində uşaqlara təmənnasız olaraq xüsusi idman geyimləri, futbol topları paylanılıb.
 
Xatırladaq ki, layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Baş Sponsor 
Partnyorlar