az en
News / Gəncədə yeni məşq meydanının inşası yekunlaşmaqdadır (fotolar)

Gəncədə yeni məşq meydanının inşası yekunlaşmaqdadır (fotolar)

İnfrastruktur Dərc olundu: 22.11.2019 Çap
Gəncə şəhər stadionunun ərazisində AFFA-nın və FİFA-nın maliyyə vəsaiti hesabına inşa olunan süni örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanında işlər artıq yekunlaşmaqdadır.
 
Gəncədə yeni məşq meydanının inşası yekunlaşmaqdadır (fotolar)
Gəncədə futbol infrastrukturunun inkişafı məqsədi ilə AFFA tərəfindən ilkin olaraq 2017-ci ildə Gəncə şəhər stadionunun əsas meydanının təbii ot örtüyü yenidən inşa olunmuşdu. Gələcəkdə stadionun ərazisində əlavə olaraq təbii örtüklü standart ölçülərə malik (105x68m) məşq meydanının inşası da nəzərdə tutulur. Hazırda  su təchizatı ilə bağlı məsələlər araşdırılır.
Yeni süni örtüklü meydanın fotolarını diqqətinizə çatdırırıq:
 
Baş Sponsor 
Partnyorlar