az en
News / “GOAL+” layihəsinin qalibi müəyyənləşib (fotolar)

“GOAL+” layihəsinin qalibi müəyyənləşib (fotolar)

AFFA Dərc olundu: 03.08.2021 Çap
AFFA-nın elan etdiyi “Ən yaxşı kütləvi futbol layihəsi” nominasiyası üzrə keçirilən qrant müsabiqəsində 3-cü yeri tutmuş Saleh Saninin layihəsi olan “GOAL+” turnirinin qalibi müəyyənləşib.
 
“GOAL+” layihəsinin qalibi müəyyənləşib (fotolar)
Turnirin finalında “Sabis” və “Azərbaycan Avropa Məktəbi” komandaları üz-üzə gəlib. Görüş “Sabis” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandaya kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Fərrux İsmayılov təqdim edib.
 
Baş Sponsor 
Partnyorlar