az en
News / “Əgər səhvlər etsək, sığortalamaq çətin olacaq”

“Əgər səhvlər etsək, sığortalamaq çətin olacaq”

A milli (Futzal) Dərc olundu: 26.01.2022 Çap
Futzal üzrə Avropa çempionatının final mərhələsində keçiriləcək İspaniya - Azərbaycan oyunundan öncə təşkil olunan mətbuat konfransında millimizin baş məşqçi Joze Alesio Da Silvanın səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Əgər səhvlər etsək, sığortalamaq çətin olacaq”
“İspaniya komandasını hamı tanıyır. Bu komanda yalnız Avropa çempionatının deyil, hər zaman dünya çempionatının da favoritlərindəndir. Yaxşı oyunçulara malikdirlər. Bütün komponentlərdə - müdafiədə, hücumda, standart vəziyyətlərin icrası zamanı – təhlükəlidirlər.
 
Arxada qalan oyunlar bunu deməyə əsas verir ki, komandalar arasında ciddi səviyyə fərqi yoxdur. Əsas odur ki, oyuna yaxşı köklənəsən, intizamı pozmayasan, yaratdığın şanslardan maksimum istifadə edəsən, ən əsası isə az səhv edəsən. Çünki indiyə qədər keçirilmiş oyunların taleyini kobud səhvlər həll edib. Oyunçulara da bunu demişəm, əgər səhvlər etsək, sığortalamaq çətin olacaq. Ona görə də diqqətli olmalıyıq, mümkün qədər az səhvə yol verməliyik.
 
Futzalçılarla fərdi söhbətlər aparmışıq. Futzal elə oyundur ki, rəqib hər nə qədər favorit hesab olunsa da, nəticəni əvvəlcədən deyə bilməzsən. Özünə inamın varsa, məqsədinə də nail olacaqsan. Rövşən Hüseynli və Qallo bu görüşdə də bizə kömək edə bilməyəcəklər. Ümid edirəm ki, İspaniya ilə oyunda lazım olan nəticəni qazanacağıq”.
 
Baş Sponsor 
Partnyorlar