az en
News / Hakimlərdən laktat testi götürülüb (fotolar)

Hakimlərdən laktat testi götürülüb (fotolar)

Hakimlər Dərc olundu: 14.10.2021 Çap
AFFA-nın Futbol akademiyasında “Complex Core” şirkəti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədqiqat Laboratoriyası tərəfindən Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb.
 
Hakimlərdən laktat testi götürülüb (fotolar)
UEFA-nın elit hakimləri üzrə baş fizioterapevti Roman Jahoda və ilk dəfə ADBTIA komandasının qatıldığı “Complex Core” şirkəti tərəfindən götürülən testlər beynəlxalq standartların tələbinə uyğun həyata keçirilir. Hakim və köməkçi hakimlərin laktat testi ilə bədənin tərkibi və bədən yağları, habelə zədələnmənin qarşısının alınması baxımından hərəkətlilik, elastiklik, sabitlik kimi əsas gücün qabiliyyətləri və dözümlülüyü yoxlanılıb.
 
Xatırladaq ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik rəhbərlik edib.

 
Baş Sponsor 
Partnyorlar