az en
News / Hakimlərimizə beynəlxalq təyinat

Hakimlərimizə beynəlxalq təyinat

Hakimlər Dərc olundu: 22.08.2022 Çap
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
 
Hakimlərimizə beynəlxalq təyinat
FİFA referisi Hikmət Qafarlı avqustun 24-dən 29-dək İsveçrənin Bern şəhərində keçiriləcək “Futsal Minerva” (İsveçrə), “KMF Loznica-Grad 2018” (Serbiya), “Vesteralen” (Norveç) və “S.S. Folgore” (San Marino) komandalarının yer aldığı D qrupunun oyunlarını idarə edəcək.
 
Futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov isə ilkin seçmə mərhələnin F qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Stuttgarter Futsal Club 2020” (Almaniya), “Georgians” (Gürcüstan), “Örebro SK Futsalklubb” (İsveç) və “İstanbul Şişli SK” (Beşiktaş) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 28-dək Türkiyədə təşkil ediləcək.
 
Baş Sponsor 
Partnyorlar