az en
News / Şəhid övladı ilə görüş (foto)

Şəhid övladı ilə görüş (foto)

AFFA Dərc olundu: 05.10.2021 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov Masallı rayonuna səfəri zamanı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb. 
 
Şəhid övladı ilə görüş (foto)
Məşqçilər tədbirdə iştirak edən “Qala 95” komandasının üzvü Ayxan Əzizovun şəhid övladı olduğu barədə məlumat veriblər. İcraçı vitse-prezident Ayxan Əzizovla görüşüb, ona futbol karyerasında uğurlar arzulayıb, peşəkar futbolçu olmaq istəyərsə, AFFA-nın dəstəyinə əmin ola biləcəyini deyib.
Qeyd edək ki, Ayxan Əzizov II Qarabağ müharibəsində Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə həlak olmuş, ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir, tank komandiri Elvin Əzizovun övladıdır.
 
Baş Sponsor 
Partnyorlar