az en
News / Həkimlər üçün seminar keçirilib (fotolar)

Həkimlər üçün seminar keçirilib (fotolar)

AFFA Dərc olundu: 25.05.2023 Çap
Bu gün AFFA-nın inzibati binasında AMADA tərəfindən Azərbaycan milli komandalarının və Misli Premyer Liqasında mübarizə aparan klubların həkimləri üçün seminar keçirilib.
Həkimlər üçün seminar keçirilib (fotolar)
Seminarda idmanın fundamental dəyərlərinin qorunmasında antidopinqin kritik rolu və tibbi heyətin bu sahədə necə fəal rol oynaya biləcəyi xüsusi vurğulanıb. Bundan əlavə, andidopinq nəzarəti prosesinin əhəmiyyəti, terapevtik istifadə üçün icazələr, antidopinq qayda pozuntuları və qadağan edilmiş siyahı kimi önəmli antidopinq mövzularında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
 
Baş Sponsor 
Partnyorlar