az en
News / Həvəskar komandalar arasında ölkə birinciliyinin qalibi məlum olub (fotolar)

Həvəskar komandalar arasında ölkə birinciliyinin qalibi məlum olub (fotolar)

AFFA Dərc olundu: 10.07.2022 Çap
Bu gün “Dalğa Arena”da həvəskar komandalar arasında 23-cu ölkə birinciliyinin final oyunu keçirilib. 
Həvəskar komandalar arasında ölkə birinciliyinin qalibi məlum olub (fotolar)
Həlledici oyunda Masallının “Ərkivan” və Bakının “Mübariz” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 2 qol vuran “Ərkivan” komandası yekunda 3:1 hesablı qələbə qazanaraq birinciliyin qalibi olub. Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Üçüncü pillənin sahibi “Lokomotiv” komandasına bürünc medallar və diplomlar, ikinci yerin sahibi “Mübariz” komandasına gümüş medallar və diplomlar təqdim olunub. Qalib komandaya qızıl medallar, diplomlar və kubok verilib. Mükafatları Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, vitse-prezident Rahib Əliyev, İcraiyyə Komitəsinin üzvü Nadir Əliyev və baş katib Füzuli Nəcəfov təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar