az en
News / İki futzalçının testi pozitiv nəticələnib

İki futzalçının testi pozitiv nəticələnib

A milli (Futzal) Dərc olundu: 21.01.2022 Çap
Bu gün oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVID-19 anticism analizləri götürülüb. 
İki futzalçının testi pozitiv nəticələnib
Komandanın iki üzvünün  - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah - yanvarın 22-də, səhər saatlarında açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları oteldə karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.
Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.
 
Baş Sponsor 
Partnyorlar