az en
News / "Kifayət qədər balanslı qrupda mübarizə aparacağıq"

"Kifayət qədər balanslı qrupda mübarizə aparacağıq"

A Milli Dərc olundu: 16.12.2021 Çap
Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:
 
"Kifayət qədər balanslı qrupda mübarizə aparacağıq"
"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq. Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".
Baş Sponsor 
Partnyorlar