az en
News / Klublara lisenziyalar təqdim olunub

Klublara lisenziyalar təqdim olunub

Lisenziya Dərc olundu: 25.05.2022 Çap
Bu gün AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və  Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.
Klublara lisenziyalar təqdim olunub
Təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib. Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi tərəfindən yeni qaydalar təsdiq ediləndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.
Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.
 
Baş Sponsor 
Partnyorlar