az en
News / Klublara növbəti ödəniş olunub

Klublara növbəti ödəniş olunub

AFFA Dərc olundu: 15.04.2021 Çap
COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin AFFA-nın tibbi protokoluna uyğun olaraq müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunması prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədi ilə AFFA tərəfindən hər bir Premyer Liqa  klubuna dəstək olaraq növbəti dəfə 15 000 (on beş min) AZN maliyyə vəsaiti köçürülüb.
2020-2021 ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klublara COVİD-19 pandemiyası ilə bağlı, ümumilikdə, 328 000 (üç yüz iyirmi səkkiz min) AZN maliyyə vəsaiti dəstək olaraq köçürülüb.
 
Klublara növbəti ödəniş olunub
Klub
Ödənilmiş məbləğ
Qarabağ FK
41,000.00
Qəbələ İK
41,000.00
Keşlə FK
41,000.00
Neftçi PFK
41,000.00
Sabah FK
41,000.00
Səbail FK
41,000.00
Sumqayıt FK
41,000.00
Zirə FK
41,000.00
Cəmi:
328,000.00
 
 
Baş Sponsor 
Partnyorlar