az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şamaxıda

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şamaxıda

AFFA Dərc olundu: 21.08.2020 Çap
AFFA-nın və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şamaxıda
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak edib.
 
 
Baş Sponsor 
Partnyorlar