az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Bərdədə (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Bərdədə (fotolar)

Kütləvilik Dərc olundu: 02.08.2021 Çap
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Bərdədə (fotolar)
Tədbir Bərdə rayonunun Əyricə kəndində keçirilib. Tədbirdə qonşu - Yeni Əyricə, Nəcəfqulubəyli və Kərimbəyli kəndlərindən ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Fatma Yıldırım, Sabir Hacıyev və rayon ictimayətinin nümayəndələri iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar