az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Cocuq Mərcanlıda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Cocuq Mərcanlıda (fotolar)

Kütləvilik Dərc olundu: 14.09.2021 Çap
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Cocuq Mərcanlıda (fotolar)
Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, millət vəkilləri Ceyhun Məmmədov, Vüqar Bayramlı və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
 
Qeyd olunan layihə üzrə 2021-ci il ərzində Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar