az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gəncədə (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gəncədə (fotolar)

Kütləvilik Dərc olundu: 22.09.2021 Çap
AFFA-nın və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Gəncədə (fotolar)
Tədbirdən öncə 44 gün davam edən Vətən müharibəsi zamanı erməni faşistləri tərəfindən raket  atəşinə məruz qalan ərazidə həlak olmuş dinc sakinlərin xatirələri yad edilib.
Gəncə şəhərinin Kəpəz rayonunun Qələbə Parkında keçirilmiş tədbirdə iştirak edən 100-dək uşağa, o cümlədən şəhid ailələrinin övladlarına futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin  Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev, millət vəkili Sabir Hacıyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev,  Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və şəhər ictimayyətinin nümayəndələri iştirak edib.
 
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Qeyd edək ki, indiyədək Füzuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş rayonunun qəsəbə və kəndlərində təşkil edilmiş tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar