az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göyçayda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göyçayda (fotolar)

Kütləvilik Dərc olundu: 11.12.2022 Çap
AFFA-nın, Göyçay Rayon İcra Hakimiyyətinin və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Göyçay rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göyçayda (fotolar)
Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Sabir Hacıyev, Göyçay Rayon Gənclər və İdman İdarəsinin müdiri Elşən Şirinov iştirak edib. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar