az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göygöldə (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göygöldə (fotolar)

Kütləvilik Dərc olundu: 09.11.2021 Çap
AFFA-nın və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Göygöldə (fotolar)
Göygöl rayonunun Bəhrambəy kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Elşad Mirbəşir, Sabir Hacıyev, Göygöl Rayon Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
 
Qeyd olunan layihə üzrə 2021-ci il ərzində Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar