az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şirvanda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şirvanda (fotolar)

Kütləvilik Dərc olundu: 27.08.2021 Çap
AFFA-nın və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Şirvanda (fotolar)
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində rayonun bağ evləri yaşayış massivlərində, köhnə şəhər ərazisində və Hacıqəhrəmanlı qəsəbəsində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Şirvan Şəhər İcra Hakimiyytinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov və digər rəsmi şəxslər iştirak edib.
Xatırladaq ki, 2021-ci il ərzində qeyd olunan layihə üzrə Fizuli, Tərtər, Bərdə və Oğuz rayonunun kəndlərində tədbirlər keçirilib.
 
Baş Sponsor 
Partnyorlar