az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Kürdəmirdə (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Kürdəmirdə (fotolar)

Kütləvilik Dərc olundu: 08.10.2021 Çap
AFFA-nın və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Kürdəmirdə (fotolar)
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində Kürdəmir rayonunda 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Arzu Nağıyev, Əminə Ağazadə, Kürdərmir Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər İdman idarəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.
Xatırladaq ki, 2021-ci il ərzində qeyd olunan layihə üzrə Gəncə, Fizuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz və Gədəbəy rayonunun kəndlərində tədbirlər keçirilib.
 
Baş Sponsor 
Partnyorlar