az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İmişlidə (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İmişlidə (fotolar)

Kütləvilik Dərc olundu: 20.10.2022 Çap
AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişlidə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İmişlidə (fotolar)
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində tədbirdə iştirak edən 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və toplar verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, İmişli  Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatları Razi Nurullayev, Sabir Hacıyev və YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev iştirak edib. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar