az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Naftalan və Goranboyda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Naftalan və Goranboyda (fotolar)

Kütləvilik Dərc olundu: 21.02.2023 Çap
AFFA-nın dəstəyi, Naftalan və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbirlər keçirilib.
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Naftalan və Goranboyda (fotolar)
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində Naftalan və Goranboyda 50 məktəbli uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Naftalan-Goranboy seçki dairəsindən seçilmiş deputat Anar Məmmədov, Milli Məclisin deputatı Arzu Nağıyev və rəsmi şəxslər iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar