az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Qobustanda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Qobustanda (fotolar)

Kütləvilik Dərc olundu: 30.11.2021 Çap
AFFA-nın və Qobustan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Qobustanda (fotolar)
Rayonunun Xilmilli kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, millət vəkilləri Arzu Nağıyev, Şahin Seyidzadə, Qobustan Rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
 
Qeyd olunan layihə üzrə 2021-ci il ərzində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə Respublikamızın müxtəlif bölgələrində - Füzuli, Tərtər, Bərdə, Oğuz, Xəzər, Cəbrayıl, Ağdaş, Tovuz, Gədəbəy, Kürdəmir, Salyan, Göyçay, Beyləqan, Göygöl rayonunun qəsəbə və kəndlərində, Gəncə şəhərinin Kəpəz rayonunda Vətən müharibəsi zamanı düşmənin raket hücumuna məruz qaldığı ərazidə  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə silsilə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları