az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Salyanda (fotolar)

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Salyanda (fotolar)

Kütləvilik Dərc olundu: 15.10.2021 Çap
AFFA-nın və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Salyanda (fotolar)
Salyan rayonunun Kürkənd kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Bu layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkilləri Jalə Əhmədova, Arzu Nağıyev, Sabir Hacıyev və rayon ictimayyətinin nümayəndələri iştirak edib.
 
Qeyd olunan layihə üzrə 2021-ci il ərzində Respublikamızın müxtəlif bölgələrində yerli İcra Hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin Respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar