az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Siyəzəndə

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Siyəzəndə

AFFA Dərc olundu: 31.08.2020 Çap
AFFA-nın və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun mərkəzində və kəndlərində  “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Siyəzəndə
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 
 
Layihə çərçivəsində rayonun Zarat  kəndində  və rayon mərkəzində 50 məktəbli  uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Siyəzən İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, millət vəkili Sadiq Qurbanov və digər rəsmi şəxslər iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar