az en
News / “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda

AFFA Dərc olundu: 10.09.2020 Çap
AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi İsmayıllıda
Bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 
 
Layihə çərçivəsində rayonun Hacıhətəmli və Mollaisaqlı kəndlərində 50 məktəbli  uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, İsmayıllı İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruzəli Aslanov və digər rəsmi şəxslər iştirak edib.
 
Baş Sponsor 
Partnyorlar